Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 May 2021 16:30

Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyiciləri üçün növbəti məşğələlər keçirilib

Psixoloq ixtisası üzrə zabit təkmilləşdirmə kursunun dinləyicilərinin nəzəri bilik və   praktik vərdişlərinin artırılması məqsədilə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi tərəfindən tədris proqramında nəzərdə tutulan əlavə məşğələlərin keçirilməsi davam etdirilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində keçirilən növbəti məşğələlərdə Türkiyə Respublikasından Vətən müharibəsində psixoloji sarsıntı keçirmiş qazilər və şəhidlərin ailə üzvləri, eləcə də terrordan zərər görmüş vətəndaşlara psixo-terapevtik və reabilitasiya xidmətləri göstərmək məqsədilə dəvət olunan mütəxəssis-psixoloqlar mühazirələr oxuyub, qabaqcıl dövlətlərin bu sahədə təcrübəsini zabitlərlə bölüşüb, həmçinin dinləyicilərin suallarını cavablandırıb.
Mühazirələrdə əsas diqqət hərbi qulluqçuların psixoloji vəziyyətinin qiymətləndirilməsi, hərbi kollektivlərdə sosial-psixoloji proseslərin öyrənilməsi, müharibənin mənfi fəsadları nəticəsində psixoloji problemlər yaşayan hərbçilərin reabilitasiyasının daha səmərəli təşkili məsələlərinə yönəldilib.