Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2020 18:37

Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar düşmənlə təmas xəttində yerləşən hərbi hissədə tədbir keçirilib - VİDEO

Fevralın 4-də Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar Müdafiə naziri tərəfindən təsdiq olunmuş plana uyğun olaraq düşmənlə təmas xəttində yerləşən hərbi hissələrdən birində tədbir keçirilib.
Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq, xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Şəxsi heyət qarşısında çıxışında Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərini və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətini nəzərə alaraq “Heydər Əliyev” ordeni ilə təltif edilməsinə  görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığını ifadə edib. P.Bülbüloğlu bildirib ki, Qarabağa, Şuşaya qayıdaraq Cıdır düzündə gözəl tədbirlər keçirmək, “Xarı Bülbül” festivalını yenidən təşkil etmək onun ən böyük arzusudur.
Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ordumuza göstərdiyi diqqət və qayğıdan, ordu quruculuğu istiqamətində həyata keçirilən uğurlu islahatlardan danışıblar.
Sonra tədbir iştirakçıları hərbi hissədə xidməti, inzibati binalar və digər obyektlərə baş çəkərək  şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olublar.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramından sonra qonaqlar əsgərlərlə birlikdə nahar ediblər.