Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Yanvar 2016 09:00

Pakistanın Hərbi Dəniz Qüvvələri komandanı Azərbaycana rəsmi səfərə gələcək


Yanvarın 13-də Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Muhammad Zakaullah Azərbaycan Respublikasına rəsmi səfərə gələcək.
Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.
Admiral M.Zakaullahın rəhbərlik etdiyi nümayəndə heyətinin Hərbi Dəniz Qüvvələri bazası ilə tanışlığı da nəzərdə tutulub.
Səfər yanvarın 16-dək davam edəcək.