Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2014 09:00

Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində görüşləri keçirilib

Yanvarın 27-də Müdafiə Nazirliyində Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovun rəhbərlik etdiyi nümayəndə heyətinin qarşılanma mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov general-mayor Şavkat Normatovu qəbul edib.
Hər iki dövlətin Müdafiə Nazirliklərinin nümayəndələrinin geniş tərkibdə keçirilən görüşündə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatovu qəbul edib.
Müdafiə naziri qonağı salamlayaraq, iki ölkə arasında əməkdaşlığın dostluq münasibətləri üzərində qurulduğunu və bu əlaqələrin daim inkişaf etdiyini qeyd edib.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllinə nail olunmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri bildirib ki, eyni zamanda işğal altında qalan torpaqlarımızın düşməndən azad edilməsi yolunda, xalqımızın dəstəyi və qayğısı ilə qoşunların döyüşə hazırlığı və şəxsi heyətin döyüş əzmi yüksək səviyyədədir. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən uğrunda düşmənlə döyüşə atılmağa hər an hazırdır.
Özbəkistan Respublikasının Müdafiə nazirinin birinci müavini - Baş Qərargah rəisi general-mayor Şavkat Normatov da öz növbəsində dövlətlərimizin əlaqələrinin möhkəm tarixi bazaya və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanla Azərbaycanın vacib tərəfdaş olduğunu qeyd edib.
Sonra Azərbaycan-Özbəkistan hərbi əlaqələri və qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan Respublikasının Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Özbəkistan Respublikasının Müdafiə Nazirliyinin Silahlanma Baş İdarəsinin rəisi polkovnik Atabek İbadullayev və Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Şerzod Fayziyev iştirak ediblər.