Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 İyun 2018 15:59

Ön xətdə yerləşən hərbi hissələrdə bayram tədbirləri keçirilib

Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndə heyəti cəbhə bölgəsində yerləşən hərbi hissələrdə keçirilən bir neçə tədbirdə iştirak edib.
Qonaqlar hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların şəraiti ilə maraqlanıb və xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim ediblər.
Hərbi qulluqçular tərəfindən nümunəvi məşqlər nümayiş etdirilib. Təşkil olunan konsert proqramlarında şəxsi heyət qarşısında mahnılar ifa edən ölkəmizin tanınmış müğəniləri Azərbaycan Ordusunun 100 illik yubileyi münasibətilə hərbi qulluqçuları təbrik ediblər.