Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Yanvar 2019 12:27

On minədək hərbi qulluqçu övladı bayram şənliklərində iştirak edib

Müdafiə nazirinin tapşırığına əsasən bayram günlərində Əlahiddə Ümumqoşun Ordu, birlik, birləşmə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində pulsuz yeni il şənlikləri keçirilib.
Məktəb tətili günlərində təşkil olunan bayram şənliklərində hərbi qulluqçuların ümumilikdə on minədək övladı üçün konsertlər, tamaşalar və digər mədəni-əyləncə tədbirləri keçirilib.
Bayram mərasimlərində Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Naxçıvan Qarnizon Zabitlər Evinin və Gəncə Zabitlər Evinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri uşaqlar qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.