VİDEO" /> VİDEO">
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 May 2026 18:32

Ölkəmizdə birgə taktiki-xüsusi təlim keçirilib - VİDEO

Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi” keçirilib. 
Mayın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib. 
Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.
Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tətbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.
Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.