Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2024 17:53

Növbəti zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

İyulun 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində növbəti zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edənlər müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən, müxtəlif ixtisaslar üzrə keçirilən növbəti zabit təkmilləşdirmə kursunun uğurla başa çatdığını qeyd ediblər. Bildirilib ki, zabitlər keçirilən kurs müddətində yiyələndikləri ixtisaslar üzrə  bilik və bacarıqlarını daha da artırıb və bunun nəticəsidir ki, kurs zamanı qarşıya qoyulan tapşırıqların icrasında dinləyicilər yüksək peşəkarlıq nümayiş etdiriblər.
Tədbirdə, həmçinin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətindən danışılıb, zabitlərə gələcək xidmətlərində uğurlar arzulanıb.
Dinləyicilər göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, kursda qazandıqları yeni taktiki bilik və bacarıqları xidmət yerlərində uğurla tətbiq edəcəklərinə söz veriblər.
Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə sertifikatlar təqdim edilib.
Sonda şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.