2024-cü il üçün hazırlıq planına uyğun olaraq, "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi olub.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Kurs iştirakçılarına Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulanıb.
Mərasimdə Azərbaycan Ordusunda bütün sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də həyata keçirilən islahatlar çərçivəsində peşəkar zabit kadrlarının hazırlanmasında Türkiyə modelindən istifadə olunması və bu prosesin həyata keçirilməsində "Komando hazırlığı kursu"nun əhəmiyyəti xüsusi vurğulanıb.
Hərbi qulluqçulara sertifikatlar təqdim olunduqdan sonra şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.