Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2019 18:30

Naxçıvanda növbəti snayper hazırlığı kursu başa çatıb - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında növbəti snayper hazırlığı kursu uğurla başa çatıb. Bu münasibətlə keçirilən mərasimdə əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək hər iki ölkə arasında mövcud olan hərbi əməkdaşlığın və snayper hazırlığı kursunun əhəmiyyətindən danışıblar.
Sonda məzunlara sertifikat və hədiyyələr təqdim edilib, kurs birincisi tərəfindən xatirə lövhəsinə buraxılış emblemi vurulub.