Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2015 09:00

Naxçıvan Qarnizonunun Zabitlər Evində müsabiqə keçirilib

Naxçıvan Qarnizonunun Zabitlər Evində Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi hissələr arasında "Bədii özfəaliyyət kollektivlərinin yaradıcılığına baxış" müsabiqəsinin birinci mərhələsi keçirilib.
Novruz bayramı ərəfəsində keçirilən bu tədbirin əsas məqsədi hərbi qulluqçuların yaradıcılıq qabiliyyətlərini daha da inkişaf etdirmək və əsgərlər tərəfindən ifa olunan hərbi vətənpərvərlik mahnılarının geniş təbliğidir.
Müsabiqə 2015-ci tədris ilinin təsdiq olunmuş döyüş hazırlığı planına və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasında xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında" Sərəncamına əsasən keçirilib.
Müsabiqənin birinci mərhələsində ən yaxşı yaradıcı hərbi kollektiv və ən istedadlı hərbi qulluqçular seçilib. Martın 19-da isə müsabiqənin birinci mərhələsində qalib olanların ikinci mərhələdə qala konserti və mükafatlandırma mərasimi keçiriləcəkdir.