Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2019 20:30

Naxçıvan Qarnizonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Naxçıvan Qarnizonu qoşunlarında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Naxçıvan Qarnizonunun şəxsi heyəti qarşısında çıxış edən Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini, general-mayor Elman Orucov, Heydər Əliyev adına Hərbi Liseyin rəisi, polkovnik Məhəmməd Həsənov və digərləri bildiriblər ki, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi, uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində güclü müdafiə qüdrətinə və peşəkar döyüş qabiliyyətinə malik Azərbaycan Ordusu formalaşıb. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlərin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Respublikası Cənubi Qafqaz regionunda ən güclü orduya malikdir. Fəxrlə deyə bilərik ki, ordu sıralarında xidmət edən gənclərimiz ümummilli lider Heydər Əliyevin ideyalarına həmişə sadiqdirlər, Vətən, xalq, dövlət qarşısında əsgəri borclarını şərəflə yerinə yetirirlər.
Tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları, Naxçıvan qarnizonu tam orta məktəbinin və Naxçıvan şəhər 3 nömrəli uşaq musiqi məktəbinin şagirdləri ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, musiqi nömrələri ilə ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Yaradıcı əsgərlərdən ibarət bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər.
Tədbirin sonunda ümummilli liderimiz Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən sənədli filmə baxış olub.