Əlahiddə Ümumqoşun Ordunun Təlim Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edənlər əsgərlərimizin timsalında bütün gəncləri əlamətdar gün münasibəti ilə təbrik edərək xidmətlərində uğurlar arzulayıblar.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi dövlətin gənclər siyasətində də ciddi dönüş yaradıb. 1996-cı il fevralın 2-də gənclərin birinci forumu keçirilib və 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2 fevral ölkəmizdə “Gənclər Günü” elan edilib.
Tədbirdə Naxçıvan Musiqi Kollecinin və hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin konsert proqramı ilə çıxışları alqışlarla qarşılanıb.