Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Fevral 2020 19:05

Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında yeni tədris dövrü başlayıb. Qoşunlar döyüş hazırlığı üzrə sutkanın gecə və gündüz vaxtlarında həyəcan siqnalı ilə məşq etdirilib.
2020-ci tədris ilində qarşıda duran əsas məqsəd və vəzifə muxtar respublikanın müdafiəsinin daha etibarlı və tam zəmanətlə təmin edilməsi, Naxçıvan Qarnizonu Qoşunlarının qarşılıqlı koordinasiyasıdır.
Qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni tədris ilinin ilk taktiki-sıra məşğələlərinin keçirilməsinə başlanılıb.