Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Yanvar 2020 18:21

Naxçıvan Qarnizonu qoşunlarında toplantılar davam edir - VİDEO

Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif ixtisaslar üzrə keçirilən toplantılar davam edir.
Yeni tədris ilinə hazırlıq planına uyğun olaraq bölük, batareya komandirləri və müavinləri ilə keçirilən toplantılarda zabitlərin döyüş zamanı tabelikdə olan bölmələri idarəetmə bacarıqları və ixtisas hazırlıqları yoxlanılır.
Praktiki məşqlərdə taktiki-sıra və sıra hazırlığının təşkili, hazırlanması və keçirilməsi metodikası nümayiş etdirilir.
Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən dərslər zamanı hüquq hazırlığı və mənəvi-psixoloji hazırlıqdan müxtəlif mövzularda mühazirələr oxunur.
Hazırda digər ixtisaslı hərbi qulluqçuların cəlb edildiyi toplantılar davam edir.