Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2020 19:05

Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kurslar başa çatıb - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun yaradılmasının 7-ci ildönümündə Naxçıvan Qarnizonu Qoşunlarında təşkil olunan növbəti kursların başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Kursları uğurla bitirənlər müxtəlif hərbi vəzifələrə təyin olunublar.
Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra  polkovnik Mübariz Rzayev bildirib ki, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi hulluqçu hazırlğı kursları zamanı tədrisdə əsas ordumuzun arsenalına qəbul olunmuş yeni silahların və hərbi texnikaların dərindən öyrənilməsinə, müasir silah növlərinin döyüş şəraitində bacarıqla istifadə edilməsinə yönəldilib.
Məzunlar adından çıxış edən  Cavid Əliyev kurslarda qazandıqları yeni taktiki bilikləri hər bir döyüş tapşırığının icrası zamanı uğurla tətbiq edəcəklərinə söz verib.
Naxçıvan Qarnizonunun rəisi, general-polkovnik Kərəm Mustafayevin təbrikini  şəxsi heyətə çatdıran general-mayor Rəhim Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsi nəticəsində ordumuz inkişaf və tərəqqisinin yeni mərhələsinə qədəm qoyaraq regionda ən güclü orduya və xalqın güvənc yerinə çevirilib.  44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuzun qələbəsi, torpaqlarımızın işğaldan tam azad edilməsi bu fikri bir daha təsdiqləyir. Bu gün yaranmasının 7-ci ildönümünü qeyd etdiyimiz Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti, eyni zamanda əvvəlki kurslarda məzun olmuş hərbi qulluçuları da qəhrəmancasına və şücaətlə döyüşərək düşmənə sarsıdıcı zərbələr endirib, işğal altında olan torpaqlarımızın azad edilməsində iştirak ediblər.  İnanırıq ki, kursları uğurla başa vuran hərbi qulluqçular da döyüşlərdə iştirak etmiş yoldaşlarının təcürbəsindən yararlanaraq Vətənimizin müdafiəsində ayıq-sayıq dayanacaqlar.
Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib.
Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və tribuna önündən təntənəli keçid olub.