"Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən tabor, divizion komandirləri və müavinləri ilə komandir hazırlığı sistemində növbəti məşğələlər keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun birinci eşelon birləşmələrinin müdafiə zolağında müdafiə və əks-hücum tapşırıqlarının yerinə yetirilməsi mövzuları üzrə məşğələlər taktiki və taktiki-sıra formasında keçirilib. Məşğələlərin keçirilməsi zamanı 44 günlük Vətən müharibəsi iştirakçılarının təcrübələrinin öyrənilməsi məqsədilə yüksəkliklərə hücumun təşkili və aparılması üçün döyüşün müxtəlif epizodları üzrə bölmələrin fəaliyyəti göstərilib.
Birləşmənin Təlim-Tədris Mərkəzində keçirilən yekunda zabitlərin hazırlığının əsasını müstəqil hazırlıq təşkil etdiyi bildirilərək hər bir zabitə fərdi tapşırıqlar və növbəti məşğələlərə hazırlıq üzrə göstərişlər verilib.