Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 May 2019 10:07

Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib - VİDEO

2019-cu ilin döyüş hazırlığı planına əsasən Naxçıvan Qarnizonu qoşunlarında “Ən yaxşı zenit-raket artilleriya batareyası” adı uğrunda yarış keçirilib.
Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələri Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazinin mürəkkəb relyefini nəzərə alaraq Vətənimizin hava sərhədlərinin etibarlı müdafiəsini təmin etmək üçün mütəmadi olaraq peşəkarlıqlarını artırmaq məqsədilə təlim-məşqlərə cəlb edilirlər.
Yarışlarda iştirak edən şəxsi heyət bilik və bacarığını nümayiş etməklə verilən ən çətin tapşırıqları uğurla yerinə yetirib.