Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2019 09:00

Naxçıvan Qarnizonu məktəbində Beynəlxalq Müəllimlər Günü qeyd edilib - VİDEO

Naxçıvan Qarnizonu tam orta məktəbində də 5 oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edilib.
Tədbirdə bildirilib ki, ötən tədris ilində məktəbin 21 məzunundan 19 nəfəri ali təhsil müəssisələrinə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olub. Məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Muxtar respublikamızda müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, Naxçıvan Qarnizonu tam orta məktəbində dərs deyən müəllimlərdən 3 nəfəri Azərbaycan Respublikasının, 1 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 1 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə  təltif olunub.
Çıxışların ardından təhsildə fərqlənən müəllimlər qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər. Sonda şagirdlər müəllimlərini müxtəlif mahnı və şeir nümunələri ilə təbrik ediblər.