Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2022 16:20

Naxçıvan Olimpiya İdman Kompleksində hərbi qulluqçular arasında növbəti idman yarışları keçirilib - VİDEO

Naxçıvan Qarnizonu üzrə təşkil olunan cüdo, yunan-roma və sərbəst güləş birinciliklərindən əvvəl məqsəd və qaydalar idmançı hərbi qulluqçuların diqqətinə çatdırılıb.
“Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır” devizi altında keçirilən yarışlara isinmə hərəkətlərindən sonra start verilib.
Güləşin yunan-roma, sərbəst və cüdo növlərində ümumilikdə 27 çəki dərəcəsində 16 komanda mübarizə aparıb. Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının hakimlərinin idarə etdikləri yarışlarda  264 idmançı iştirak edib.
Yekun nəticələrə əsasən cüdo üzrə komanda hesabında  birinci yerdə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası, ikinci və üçüncü yerlərdə isə müvafiq olaraq Əlahiddə Ümumqoşun Ordunun motoatıcıları və xüsusi təyinatlıları qərarlaşıb.
Ən yaxşı nəticələri olan cüdoçularımız yarışlar barədə təəssüratlarını bölüşüblər.
Sərbəst güləş üzrə yarışlarda “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandası birinci, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası ikinci, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları isə üçüncü yerə layiq görülüb.
Yunan-roma güləşində Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası birinci yerdə qərarlaşıb, Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlılarından ibarət komandaları ikinci  və üçüncü yerləri bölüşüblər.
Uzun müddətdir güləş idman növü ilə məşğul olan qalib hərbi qulluqçularımız gələcəkdə keçiriləcək yarışlara daha böyük səylə çalışacaqlarını bildiriblər.
Şəxsi və komanda hesabında ilk üçlükdə yer alan qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.