Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Mart 2016 09:00

NATO nümayəndə heyəti hərbi hissələrdə olub

Ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zuliani rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə martın 9-da Hərbi Dəniz Qüvvələrinin bazasında olub.
Qonaqlar Hərbi Dəniz Qüvvələrinin rəhbərliyi tərəfindən qarşılanaraq ərazi ilə tanış olublar. NATO nümayəndə heyətinə hərbi-dəniz bazasının yaranma tarixi, strukturu, fəaliyyəti, hərbi gəmilərin təyinatı və digər məsələlərə dair ətraflı məlumat verilib.
Sonra general M.Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taborunda olub. Burada onlara şəxsi heyətin müxtəlif ölkələrdəki beynəlxalq missiyalarda icra etdikiləri tapşırıqlar, təminat və təchizatı, bölmələrin hazırlıq sistemi, o cümlədən sülhməramlı taborun fəaliyyəti barədə məlumat çatdırılıb.