Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2017 17:59

NASA-nın qadın astronavtı Silahlı Qüvvələrin Hərbi Akademiyasının qonağı olub

ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Bakıya səfər edən NASA-nın qadın astronavtı, “Space Shuttle” ekipajının üzvü, 1-ci dərəcli kapitan Haydemari Marta Stefanişin-Payper Silahlı Qüvvələrin Hərbi Akademiyasının qonağı olub.
Görüşdə H.Payper Hərbi Akademiyasının professor-müəllim heyətinə və dinləyicilərə fəaliyyəti və kosmosa uçuşları barədə məlumat verib.
Azərbaycana ilk dəfə gəldiyini deyən NASA nümayəndəsi ölkəmiz haqqında təəssüratları ilə bölüşüb.