Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2019 10:56

“Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” adlı mövzuda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib

Pekin şəhərində Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetində “Müharibələrdə yeni tendensiyaların sülh və inkişafa təsiri” mövzusunda 2-ci Beynəlxalq Müdafiə Forumu keçirilib.
Azərbaycan Ordusunun zabiti 2-ci dərəcəli kapitan Rəşad Məmmədov forum çərçivəsində “Süni intellektin müdafiə məsələlərində istifadəsi: çağırışlar, perspektivlər və risklər” mövzusunda geniş auditoriya qarşısında çıxış edib.
Keçirilən forumda Çin Xalq Azadlıq Ordusunun Milli Müdafiə Universitetinin rəhbərliyi, Beynəlxalq Qızıl Xaç Komitəsinin Qərbi Asiya üzrə regional rəhbəri, o cümlədən 88 ölkədən 194 yüksək rütbəli dinləyici iştirak edib.
Tədbirin sonunda 2-ci dərəcəli kapitan R. Məmmədov Çin Milli Müdafiə Universitetinin rəis müavini general-leytenant Zhoy Aimin tərəfindən sertifikat ilə təltif olunub.