Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Noyabr 2017 13:25

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqları təqdim olunub - VİDEO

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə döyüş bayraqlarının təqdim olunması mərasimi keçirilib.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra dövlət himni ifa edilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində keçirilən tədbirdə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov mərasim iştirakçılarını  salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin döyüş bayraqları ilə bağlı müvafiq təqdimatı şəxsi heyətə çatdırılıb.
Əlamətdar gün münasibəti ilə şəxsi heyəti təbrik edən general-leytenant N.Osmanov Müdafiə nazirinin salamlarını tədbir iştirakçılarına çatdırıb.
Sonra Silahlı Qüvvələrin Hərbi Akademiyası, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisləri döyüş bayraqlarını təhvil alıblar.
Təntənəli keçidlə döyüş bayraqları sıra meydanından aparıldıqdan sonra mərasim sona çatıb.