Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Sentyabr 2017 18:42

Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində “Bilik günü” qeyd edilib

Sentyabrın 15-də ölkəmizin bütün təhsil ocaqlarında “Bilik günü” qeyd edildiyi kimi, Silahlı Qüvvələr üçün hərbi kadrların hazırlanmasını həyata keçirən xüsusi təyinatlı təhsil müəssisələrində də yeni tədris ilinə start verilib.
Müdafiə Nazirliyinin rəhbər heyətinin, tədris müəssisələrinin rəislərinin, professor-müəllim və şəxsi heyətin iştirakı ilə keçirilən təntənəli mərasimlərdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Mərasimlərdə çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə şəxsi heyəti təbrik edib, təhsildə uğurlar arzulayıb və onlara Müdafiə nazirinin tövsiyələrini çatdırıblar.