Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup şəxsi heyəti Tovuz döyüşlərinin dördüncü ildönümü ilə əlaqədar İkinci Şəhidlər xiyabanını ziyarət edib.
Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut elan edildikdən sonra hərbi orkestrin müşayiəti ilə dövlət himni ifa olunub.
Şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Tədbirdə şəhidlərin ölməzliyindən danışılıb və onların xatirələrinin bundan sonra da əziz tutulacağı əminliklə qeyd edilib.