AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibəti ilə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazir müavinləri Fəxri xiyabanı ziyarət ediblər.
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarı önünə gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.