Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Mart 2018 15:00

Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub

Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar martın 19-da Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.