Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Noyabr 2024 18:06

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi polis bölməsində olub - VİDEO

Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi polis bölmələrindən birinin daimi dislokasiya məntəqəsini ziyarət edib.
Nazirliyin rəhbərliyi burada xidmət edən hərbi qulluqçularla görüşüb, onların xidməti-döyüş fəaliyyəti və məişət şəraiti ilə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov xatirə kitabına ürək sözlərini yazıb.
Daha sonra nazirliyin rəhbər heyəti bölmənin nümayiş məşğələsini izləyib.
Hərbi qulluqçularla görüşən nazirliyin rəhbərliyi onların qayğıları ilə maraqlanıb. General-polkovnik Z.Həsənov şəxsi heyəti qarşıdan gələn 8 Noyabr - Zəfər Günü ilə əlaqədar təbrik edib, onlara xidmətlərində uğurlar arzulayıb.
Nazirliyin rəhbər heyəti hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu təltif edib.
Müdafiə naziri hərbi qulluqçuların döyüş hazırlığının, eləcə də maddi-texniki təminatı və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aidiyyəti şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda hərbi hissənin ərazisində xatirə ağacları əkilib.