Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Dekabr 2021 11:44

Müdafiə Nazirliyinin rəhbərliyi bayram günündə hərbi hospitalı ziyarət edib

Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında olub.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib.
Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan, o cümlədən Vətən müharibəsində yaralanan bir qrup hərbi qulluqçu ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.