AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə naziri, nazir müavinləri, baş idarə, idarə və xidmət rəisləri, o cümlədən cəbhəboyu zonada yerləşən birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin rəisləri və nazirliyin şəxsi heyəti Fəxri xiyabanı ziyarət edib.
Hərbi qulluqçular ulu öndər Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, xatirəsini hörmət və ehtiramla yad ediblər.