Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Dekabr 2022 11:59

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib - VİDEO

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım  günü ilə əlaqədar Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.
Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla yad edilib.
Daha sonra Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub.