Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Sentyabr 2018 17:21

Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirirlər

Müdafiə Nazirliyinin nümayəndələri yeni tədris ili ərəfəsində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri ilə görüşlər keçirir və onların məktəbli övladlarının qayğıları ilə maraqlanırlar.
Görüşlər zamanı nazirliyin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə valideynləri və şagirdləri təbrik edib, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.
Sonra uşaqlara məktəbli çantası və dərs ləvazimatları hədiyyə olunub.
Şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri göstərilən diqqətə görə dövlətimizin başçısına və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bu kimi görüşlər sentyabrın 15-dək davam edəcək.