Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2022 19:16

Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyədə səfərdə olub

"13-cü Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası"nın protokoluna uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup zabit heyəti Türkiyə Respublikasında səfərdə olub.
Türkiyə Quru Qoşunları, Hərbi Təyyarəçilik və Hərbi Dəniz Qüvvələri məktəblərini, eləcə də Türkiyə Respublikası Milli Müdafiə Universitetini ziyarət edən nümayəndə heyəti burada təhsil alan azərbaycanlı kursantlarla görüşüb, onların sosial-məişət şəraiti ilə maraqlanıblar.
Səfər çərçivəsində polkovnik Elşad Əbilov və polkovnik-leytenant Tural Maniyev "Xocalı soyqırımı" və "Qarabağ zəfəri" mövzusunda məruzələrlə çıxış ediblər.
Görüşlər zamanı "Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm qələbə, Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığının və əməkdaşlığının bariz nümunəsidir" mövzusunda brifinq təqdim olunub.
Sonda təhsil müəssisələrinin rəhbər heyəti ilə xatirə şəkilləri çəkilib və qarşılıqlı hədiyyələr təqdim olunub.