Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Noyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənilər yenidən müxtəlif istiqamətlərdə fəallaşıblar.
LAÇIN: 29.11.1992 gün ərzində Təzəkənd və Çilyandağı məntəqələrində yerləşən mövqelərimiz toplardan və minaatanlardan atəşə tutulub. Cavab atəşi açılıb. Tiqik I və II kəndləri uğrunda ağır döyüşlər gedir. Vuruşan qoşunlar üçün ərzaq və döyüş ləvazimatı (tank hissələri) artıq Kəlbəcərə çatıb.
QUBADLI: 29.11.1992 saat 19-dan başlayaraq ermənilər Güləbirdə bir neçə hücum ediblər və hər dəfə dəf olunublar. 30.11.1992 saat 1 radələrində Fərəcan kəndi istiqamətində 5 ədəd zenit qurğularından ibarət maşın karvanı müşahidə olunub.
AĞDAM: 30.11.1992 saat 6-da Baş Güneypəyə kəndi topa tutulub. 2 topçumuz yaralanıb.
ZƏNGİLAN: 29.11.1992 bütün günü sərhəd kəndlərmiz (Seyidlər, Qazançı, Ağkənd, Kolluqışlaq, Nəcəflər və s.) top və yüngül silahlardan atəşə tutulub.