Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri düşmənin son günlərdəki həmlələrini mərdliklə dəf edərək onu geri çəkilməyə məcbur ediblər. Artıq irəliləyə bilməyən erməni ordu birləşmələri yaşayış məntəqələrimizin və mövqelərimizin atəşə tutulmasını gücləndirmişlər.
Dünən axşam Ağdam şəhəri Gülablı kəndi tərəfdən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Bu gün isə saat 16-dan başlayaraq Zəngilan rayonunun bütün sərhəd kəndləri Ermənistan ərazisindən atəşə məruz qalıb. Döyüşçülərimiz tutarlı əks-zərbələrlə düşmənin atəş nöqtələrini susdurublar.
Qarabağın şimalında genişmiqyaslı döyüş əməliyyatları getməsə də, ara-sıra atışmalar davam edir. Ötən gecə düşmən Vaquas istiqamətindəki mövqelərimizi atəşə tutub, lakin burada yerləşən topçularımız sərrast atəşlə ermənilərin bu əməllərinin qarşısını alıblar.