Vəziyyət sabitləşib. Cəbhə boyu mövqe döyüşləri gedir.
LAÇIN: Rayonun şimal hissəsinə erməni hücumu dayanıb. Laçın yolunda hərəkət müşahidə olunmur.
AĞDAM: 27.11.1992 axşam Qarakənd – Kuropatkino səmtindən erməni hücumu dəf edilib. Bizdən 2 nəfər həlak olub. 28.11.1992 saat 10-dan başlayaraq rayon mərkəzi Əsgəran istiqamətindən 122 mm toplardan və “Qrad” qurğularından fasilələrlə atəşə tutulub. Saat 20:10-da Gülablı istiqamətindən atəş başlayıb. Hər iki halda düşmənə cavab atəşi açılıb.
TƏRTƏR: 28.11.1992 gün ərzində Sırxavənd istiqamətində və 29.11.1992 saat 2-3 arasında Vaquas istiqamətində ara-sıra atışmalar olub.
ZƏNGİLAN: 28.11.1992 saat 20:00 - 29.11.1992 saat 2 arasında Qazançı və Kolluqışlaq kəndləri atəşə tutulub.
CƏBRAYIL: 28.11.1992 saat 19:00-da Qışlaq və Armudluda yerləşən postlarımız atəşə tutulub. 2 nəfər yaralanıb.