Ötən gecə ərzində münaqişə bölgələrində əməliyyat şəraitində əhəmiyyətli dəyişiklik baş verməməişdir. Laçın rayonunun şimalında vəziyyət gərgin olaraq qalır.
Bəzi sərhəd bölgələrimiz yenə də düşmən tərəfindən atəşə tutulur. Dünən axşam Zəngilan rayonunun Kolluqışlaq və Qazançı kəndləri, Naxçıvan MR-nın Sədərək rayonundakı mövqelərimiz Ermənistan ərazisindən atəşə məruz qalıb.
Qarabağ bölgəsində əsas etibarı ilə mövqe döyüşləri gedir. Ötən gecə və bu gün Sırxavənd istiqamətində ara-sıra atışmalar olub. Dünən axşam Xramort kəndi Xanabad istiqamətindən atəşə tutulub. Bu gün səhər tezdən isə Ağdam cəbhəsindəki bəzi mövqelərimiz avtomat və pulemyotlardan, Füzuli səmtində yerləşən mövqelərimiz Peykandağ tərəfdən tanklardan atəşə tutulub. Bu gün saat 13-dən 15-dək Ağdam şəhəri Əsgəran, Xanabad və Kuropatkino istiqamətlərindən toplardan və “Qrad” qurğularından atəşə tutulub. Bütün hallarda düşmənə layiqli cavab verilib.