Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ötən gecə ərzində münaqişə bölgələrində əməliyyat şəraitində əhəmiyyətli dəyişiklik baş verməmişdir. Laçın rayonunun şimalında vəziyyət gərgin olaraq qalır.
Bəzi sərhəd bölgələrimiz yenə də düşmən tərəfindən atəşə tutulur. Dünən axşam Zəngilan rayonunun Kolluqışlaq və Qazançı kəndləri, Naxçıvan MR-nın Sədərək rayonundakı mövqelərimiz Ermənistan ərazisindən atəşə məruz qalıb.
Qarabağ bölgəsində əsas etibarı ilə mövqe döyüşləri gedir. Ötən gecə Ağdərə istiqamətində ara-sıra atışmalar olub. Dünən axşam Xramort kəndi Xanabad istiqamətindən atəşə tutulub. Bu gün səhər tezdən isə Ağdam cəbhəsindəki bəzi mövqelərimiz avtomat və pulemyotlardan, Füzuli istiqamətində yerləşən mövqelərimiz Peykandağ tərəfdən tanklardan atəşə tutulub. Bütün hallarda düşmənə layiqli cavab verilib.