Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Laçın rayonunun şimal hissəsində şiddətli döyüşlər ara vermir. Erməni silahlı birləşmələri rayonun azad olunmuş kəndlərini yenidən işğal etmək üçün bu istiqamətdə mövqelərimizə yeni həmlələr edirlər.
Düşmən Ermənistan ərazisindən Qubadlı rayonunu atəşə tutur. Buradakı topçularımız cavab atəşi ilə düşmənin 1 “Qrad” qurğusunu və 1 UAZ markalı avtomaşının məhv ediblər. Dünən axşam Zəngilan rayonunun Qazançı kəndi Qafan istiqamətindən və bu rayonda yerləşən Şükürataz yüksəkliyi Mehri rayonu ərazisindən müxtəlif təyinatlı silahlardan güclü  atəşə tutulub. Qarabağın şimalında, keçmiş Ağdərə rayonu ərazisində mövqe döyüşləri davam edir.