Laçın rayonunun şimalında şiddətli döyüşlər gedir. Vəziyyət gərgindir. Digər münaqişə rayonlarının bəzisində mövqe döyüşləri gedir.
LAÇIN: Rayonunun şimal hissəsində şiddətli döyüşlər gedir. Fingə, Kalafalıq kəndləri ermənilər tərəfindən işğal olunub. 25.11.1992 səhər saat 11 radələrində Tiqik 1 və Tiqik 2 kəndlərində döyüşlər gedirdi. 16:00-da alınan xəbərə görə düşmən Təzəkənd yaşayış məntəqəsinə yaxınlaşıb. Ərzaq tükənmək üzrədir.
QUBADLI: 25.11.1992 saat 20-21 radələrində mövqelərimiz Qafan rayonu istiqamətindən atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub.
ZƏNGİLAN: 25.11.1992 saat 15:40-dan başlayaraq Qazançı postu Qafan istiqamətindən top atəşinə tutulub. Eyni zamanda Ağkənd məntəqəsi tank və toplardan atəşə tutulub. 26.11.1992 saat 03:00 radələrində Şükürataz yüksəkliyi və Vejnəli kəndi Mehri rayonu ərazisindən toplardan və tanklardan atəşə tutulub.
CƏBRAYIL: 25.11.1992 saat 23-dən gecə saat 01-dək Sur postu yüngül silahlardan atəşə tutulub.