Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Son günlər münaqişə bölgələrində ən şiddətli döyüşlər Laçın rayonunun ərazisində gedir. Düşmən əsas gücünü Laçın rayonunun şimalına yönəltmişdir. Silahlı Qüvvələrimizin komandanlığı düşmənin bu istiqamətdəki hücumunun qarşısını almaq üçün əlavə tədbirlər görür. Dünən axşam Qubadlı rayonundakı mövqelərimiz, Zəngilan rayonunun Qazançı, Kolluqışlaq, Ağkənd məntəqələri Qafan rayonu istiqamətindən toplardan və tanklardan atəşə tutulub. Cavab atəşi ilə düşmən susdurulub. Noyabrın 26-na keçən gecə Zəngilan rayonundakı Şükürataz yüksəkliyi və Vejnəli kəndi Mehri rayonu ərazisindən toplardan və tanklardan atəşə məruz qalıb.
Ötən gecə Cəbrayıl istiqamətindəki Sur postu da müxtəlif növ silahlardan atəşə tutulub.