Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Noyabr 1992 15:00

Müdafiə Nazirliyinin məlumatı

FÜZULİ: 24.11.1992 saat 20:00 – 20:45 radələrində düşmənin Qırmızı Bazardan Cəmilli kəndinə tərəf hərəkət edən avtomaşın karvanı topçularımız tərəfindən darmadağın edilib.
ZƏNGİLAN: 24.11.1992 saat 18:45 – 01:00 radələrində Qafan istiqamətindən Ağkənd, Qazançı kəndləri, Mehri istiqamətindən Şükürataz yüksəkliyi toplardan atəşə tutulub.
AĞDAM: 24.11.1992 şəhər mərkəzi və Sarıhacılı kəndi Xanabad istiqamətindən toplardan atəşə tutulub. 1 qadın həlak olub. Xanabad, Əsgəran və Qaraqaya sahəsində düşmənin cəmləşməsi müşahidə olunur.
LAÇIN: Ermənilər rayonun şimal hissəsində hücuma keçiblər. Vəziyyət ağırdır. Əlaqə kəsilib.