AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Laçın rayonunun şimalında şiddətli döyüşlər davam edir. Ermənistan silahlı qüvvələrinin hissələri bu istiqamətdə hücum əməliyyatlarını genişləndirməyə çalışırlar.
Düşmən dünən bütün günü Zəngilan rayonunun sərhəd kəndlərini atəşə tutub. Bu atəş nəticəsində Ağkənddə 1 nəfər həlak olub.
Ermənistan ekspedisiya korpusu hissələri Qarabağın cənubunda öz qüvvələrini artırmağa çalışırlar. Dünən topçularımız düşmənin bu istiqamətdə hərəkət edən avtomaşın karvanını atəşə tutaraq darmadağın ediblər.