Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Ermənistan ekspedisiya korpusunun Qarabağda yerləşən qüvvələri Qarabağın şimalında əlavə qüvvələr toplayaraq bu istiqamətdə yerləşən mövqelərimiz üzərinə hücuma keçiblər. Düşmənin təzyiqinə tap gətirməyən döyüşçülərimiz bir neçə gün bundan əvvəl azad etdikləri Sırxavənd kəndini tərk etməli olublar.
Eyni zamanda ermənilər Kurapatkino istiqamətindən Ağdam cəbhəsindəki mövqelərimizə də hücum cəhdi göstəriblər. Döyüşçülərimiz düşmənin bu hücum cəhdinin qarşısını alaraq onu geri çəkilməyə məcbur ediblər. Ötən gecə Ağdam rayonu Xanabad-Əsgəran istiqamətindən güclü atəşə tutulub.
Qubadlı və Laçın bölgələrində gərgin döyüşlər davam edir. Ötən gecə igid döyüşçülərimiz Məzmindağ yüksəkliyini ermənilərdən təmizləyiblər. Düşmən burada da əldən verdiyi mövqeləri geri qaytarmağa can atır. Dünən ermənilər Güləbird yaxınlığındakı mövqelərimizə 4 dəfə hücum ediblər. Lakin hər dəfə layiqli cavab alaraq geri çəkiliblər.
Noyabrın 23-ü axşam və 24-nə keçən gecə Zəngilan rayonunun Seyidlər, Şərikan, Qazançı, Ağkənd və Yuxarı Yeməzli kəndləri Qafan rayonu istiqamətindən, eləcə də Şükürataz yüksəkliyi Mehri rayonu tərəfdən toplardan və “Qrad” qurğularından  atəşə tutulub.