Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 1992 18:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri son günlər əldə etdikləri mövqelərdə möhkəmlənirlər. Hazırda bütün cəbhə boyu mövqe döyüşləri gedir. Erməni silahlı qüvvələri həm Qarabağda, həm də sərhəd bölgələrində mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tuturlar. Dünən axşam Zəngilan rayonunun Yuxarı və Orta Yeməzli, Ağkənd və Seyidlər kəndləri Qafan istiqamətindən atəşə tutulub. Noyabrın 22-də, axşama yaxın Cəbrayıl istiqamətindəki Sur və Dolanlar məntəqələri erməni mövqelərindən atəşə tutulub. Bu gün isə Ağdam şəhəri və Füzuli rayonunda Aşağı Veysəlli və Dilağarda məntəqələri yenidən erməni artilleriyasının atəşinə məruz qalıb.
Dünən xəbər vermişdik ki, Azərbaycan Hava sərhədlərinin toxunulmazlığına qəsd edən iki erməni hərbi vertolyotundan biri yandırılıb yerə salınıb. Dəqiqləşdirilmiş məlumata görə isə geriyə dönən ikinci vertolyot da igid zenitçilərimiz tərəfdən göydə vurularaq Ermənistan ərazisinə düşüb.