Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələri son günlər əldə etdikləri mövqelərdə möhkəmlənirlər. Hazırda bütün cəbhə boyu mövqe döyüşləri gedir. Erməni silahlı qüvvələri həm Qarabağda, həm də sərhəd bölgələrində mövqelərimizi atəşə tuturlar. Dünən axşam Zəngilan rayonunun Yuxarı və Orta Yeməzli, Ağkənd və Seyidlər kəndləri Qafan istiqamətindən atəşə tutulub. Ağkənddə 1 əsgərimiz yaralanıb. Noyabrın 22-də, axşama yaxın Cəbrayıl istiqamətindəki Sur və Dolanlar məntəqələri erməni mövqelərindən atəşə məruz qalıb. Bu atəş nəticəsində Dolanlarda 1 döyüşçümüz yaralanıb.