Azərbaycan Silahlı Qüvvələrinin hissələri cəbhə boyu əsasən müdafiə xarakterli döyüşlər aparılır.
TƏRTƏR: Sırxavənd qoşunlarımız tərəfindən yenidən azad edilib.
21.11.1992 bütün günü kəndin ətrafında şiddətli döyüşlər gedib. 22.11.1992 səhər nisbi sakitlikdir. Kiçan haqqında dəqiq məlumat yoxdur. Çox güman ki, o da qoşunlarımızın nəzarətindədir.
AĞDAM: 21.11.1992 gün ərzində mövqelərimiz Əsgəran və Qarakənd istiqamət¬lə-rindən fasilələrlə atəşə tutulub.
FÜZULİ: Ermənilərin 21.11.1992 saat 09:45-11:00 arasındakı Üryandağ istiqamətindən hücumu tamamilə dəf edilib. Düşmənin 1 tankı vurulub.
CƏBRAYIL: 22.11.1992 gecə Sur və Sipik postlarında atışmalar olub. 2 əsgərimiz yaralanıb.
QUBADLI: 3 gündür ki, mövqelərimizdə nisbi sakitlikdir. Cəbhə xətti (bizdə olan məntəqələr üzrə) belə keçir: Güləbird-Məzmindağ- Deştahat-Topağac dağı.
ZƏNGİLAN: Ermənilər sərhəd zolağında, Nəcəflər kəndi ilə üzbəüz, Ayıdaşı yüksəkliyində mühəndis maneələri qururlar.
KƏLBƏCƏR: Laçın rayonunun Şuşa rayonu ilə sərhədinin şimal sahəsi boyu ağır döyüşlər gedir. Sarıbaba dağına və Fingə kəndinə ermənilər nəzarət edirlər.
NAXÇIVAN: 21.11.1992 ermənilər sərhəddən vaxtaşırı Sədərək qəsəbəsini yüngül silahlardan atəşə tutublar. 20.11.1992 atışmalar vaxtı 2 əsgərimiz ayağından yaralanıb.