Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Noyabr 1992 10:00

Müdafiə Nazirliyinin məlumatı

Azərbaycan Silahlı Qüvvələrinin bölmələri dünənki döyüşlərdə ermənilərin bütün hücumlarını dəf edərək, düşməni yeni bir məğlubiyyətə uğradıblar. Qarabağın şimalında Sırxavənd və Kiçan ətrafındakı döyüşlərdə erməni ekspedisiya korpusunun bir neçə hissəsi darmadağın edilib. Hazırda igid əsgərlərimiz Vəngli və Araçadzor istiqamətlərində hücum əməliyyatlarını davam etdirirlər.
Dünən, noyabrin 21-də erməni qüvvələrinin Füzuli istiqamətində də hücumları boşa çıxıb. Topçularımızın sərrast atəşi ilə düşmənin bir tankı məhv edilib.  Laçın rayonunun şimal hissəsində vəziyyət gərgin olaraq qalır. Burada əsas döyüşlər Sarıbaba dağı uğrunda gedir.
Noyabrın 22-nə keçən gecə Cəbrayıl istiqamətində bir sıra postlarımız ermənilər tərəfindən atəşə tutulub.