21.11.92 keçən gecə Qarabağ ərazisində əməliyyat şəraiti xeyli gərginləşib. Düşmən müxtəlif istiqamətlərdə qüvvə toplayaraq hücuma keçib.
TƏRTƏR: 21.11.92 keçən gecə düşmənə Kiçan və Sırxavənd kəndləri tərəfdə hissələrimizi sıxışdırmaq müvəffəq oldu. Hazırda bu yaşayış məntəqələri ermənilərin nəzarəti altına keçib. Döyüşlər davam edir. Qoşunlarımız günün ikinci yarısında əks hücuma keçməyə hazırlaşırlar.
KƏLBƏCƏR: 19.11.92 Laçın rayonunun Şuşa rayonu ilə sərhədinin şimal sahəsi boyu ermənilər 1000-ə qədər canlı qüvvə və 10 tankın köməyi ilə hücuma keçib. Hakim yüksəklikləri (Qorğundağ və s.) ələ keçirmək istəyirlər. Burada yerləşən qoşunlarımız düşmənin üstün qüvvəsini dəf etmək üçün Baş Qərargahın ehtiyat qüvvələrindən istifadə edilməsini zəruri hesab edirlər.
FÜZULİ: 21.11.92 keçən gecə Yuxarı Veysəlli və Üryandağ istiqamətlərindən mövqelərimiz atəşə tutulub. Saat 9:45-də bu səmtdən erməni birləşmələri zirehli texnikanın köməyi ilə hücuma keçiblər.
AĞDAM: Əsgəran ətrafında düşmən texnikasının cəmləşməsi müşahidə olunur. Artilleriyamız bu sahəyə zərbə endirir.